1 avqust 2010 00:07
Braziliyalı ulduz Portuqaliya klubuna keçə bilər
Braziliya millisinin və İngiltərənin "Manchester City" klubunun hücumçusu Robinyo Portuqaliyanın "Benfika" komandasının maraq dairəsinə düşüb. Azerisport.az Goal.com saytına istinadən xəbər verir ki, keçən mövsüm futbolçu icarə əsasında "Santos" klubunda çıxış edib. DÇ-2010-da futbolçu yığmasının heyətində dörd dəfə meydançaya çıxıb və iki qol vurub.
