1 avqust 2010 00:34

Wisla`nın prezidenti: Qarabağ`ı 3:1 və ya 4:2 hesabı ilə udmalıydıq

Azerisport.az xəbər verir ki, Krakovun "Wisla" klubunun prezidenti Boqdan Basalay Polşanın Sports.pl saytına verdiyi açırlamada Avropa Liqasının 3-cü təsnifar mərhələsi çərçivəsində Azərbaycanın "Qarabağ" komandasın 0:1 hesablı məğlubiyyətə toxundu.
 
"Biz çox pis oynadıq. Xüsusən də, hücumda. Bilmirdik, necə hücum edək. Lakin irəlidə hələ də cavab qarşılaşması var. Hücumda pis oynadıq, müdafiədə isə lider yox idi  buna görə də məğlub olduq. Biz "Qarabağ"-ı 3:1 və ya 4:2 hesabı ilə udmalıydıq", - Basalay bildirdi.
 
Onun sözlərinə görə, müdafiə xəttində problemlər olduğuna vurğuladı: "Əminəm ki, bizim gənc dayaq yarımmüdafiəçilərimiz Kleber və Çavesin yanında inkişaf edəcəklər. Təəssüflər olsun ki, biz Çavesi azərbaycanlılarla oyun ərizəsinə daxil edə bilmədik, Kleber isə zədə üzündən bu görüşü buraxmalı oldu".
 
Həmçinin, Polşa klubunun prezidenti bu məğlubiyyəti biabırçı adlandırdı: "Buna biabırçı məğlubiyyət demək olar. Başa düşürəm ki, bu bayağı görsənə bilər, lakin zəif komandaların səviyyəsi birdən-birə artıb. Azərbaycandan danışanda biz ötən illəri yada salırıq. İndi belə düşünmək isə səhvdi. "Qarabağ"-a böyük hörmətim var, lakin bu komanda "Manchester United" deyil".
 
Basalay əlavə etdi ki, "Wisla" Bakıya qələbə dalınca gəlir: "Oyunçularım bildiriblər ki, oraya qələbə dalınca gedirlər. Mən də onların uğur əldə edəcəylərinə inanıram".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.