1 avqust 2010 12:36
İqor Mitreski: Çempionatda üç əsas rəqibimiz olacaq
Azərbaycanın "Neftçi" klubunun makedoniyalı müdafiəçisi İqor Mitreski azerisport.az saytına aşıqlamasında çempionatda onun komandasının üç əsas rəqibi olacağını hesab edir. "Bizim üç rəqibimiz var. Mən "Qarabağ"-ın Makedoniyanın "Metalurq" komandası ilə oyununu görmüşəm. Həmçinin, "İnter" və "Bakı" klublarında bəz oyunlarını izləmişəm. Onlar çox ciddi rəqiblərdi. Bizə onlarla mübarizə aparmaq asan olmayacaq", - Mitreski bildirdi.
