1 avqust 2010 00:58
Alleqri: Bekhemin qayıdışını mümkün hesab etmirəm
Azerisport.az SkySports-a istinadən xəbər verir ki, İtaliyanın "Milan" klubunun baş məışqçisi Massimiliano Alleqri etiraf etdi ki, komandaya Devid Bekhemin qayıdışını mümkün hesab etmir. "Düşünmürəm ki, Bekhem "Milana" qayıdacaq. Hal Hazırda o ciddi zədədən müalicə olunur. Onun yaşında olan futbolçulara əvvəlki səviyyəyə qayıtmaq çətin olur. Lakin biz onu bu gün stadionda gördüyümüzə şad idik", - Alleqri bildirdi.
Qeyd edək ki, Hal hazırda "Milan" Londonda keçirilən Emirates Cup-da iştirak edir. Bu gün "rossoneri" "Arsenal"-la qarşılaşmışdı (1:1).
