2 avqust 2010 01:21
Joel Epalle: Avrokuboklardaki oyunları artıq unutmaq lazımdı
Azərbaycanın "Bakı" klubuna Avropa Liqasında UEFA tərəfindən verilən texniki məğlubiyyətinin səbəbkarı, Kamerun yığmasının heyətində Olimpiya çempionu Joel Epalle bu xoşa gəlməz hadisədən sonra azerisport.az saytına müsahibə verdi.
Ilk öncə ölkə çempionu "İnter"-lə keçirilən yoldaşlıq görüşü haqqında danışaq. Oyun haqqında nə deyə bilərsiz?
Görüş çox maraqlı alındı. Hamı gördü biz belə komandaya qarşı nə qədər yaxşı oynadıq. Etiraf etmək lazımdı ki, biz daha yaxşı oynayırdıq, daha çox təhlükəli vəziyyət yaradmışıq və məhz "Bakı" qələbəyə yaxın idi. Bu günki görüş nümayiş etdirdi ki, biz yaxşı fiziki formadayıq və hər bir rəqiblə oyanya bilərik.
Deməli, komanda yeni mövsümə tam hazırdı?
Biz Avropa Liqasında oynamışıq, çox yaxşı toplanış keçirdik və artıq bir neçə yaxşı komandalarla qarşılaşdıq. Çempionatı səbirsizliklə gözləyirik.
Vinfrid Şeferin rəhbərliyi altında komanda uğurlu nəticələr əldə edə bilərmi?
Əlbətdə. Şefer əla məşqçidi, öz işini bilir və "Bakı"-nı yeni bir səviyyəyə gətirə bilər. Çempionat və Kubokun oyunları bunu sübut edəcək.
Azərbaycan futbolu haqqında nə deyə bilərsiniz?
Açığı deyim, sizin ölkənizə gələndə təmamiylə başqa şərait olduğunu gözləyirdim. Hər şey mənim fikirləşdiyimnən yaxşıdı. Mən yaxşı mənada təəcübləndim. Mn gəldiyim komanda əsl Avropa səviyyəli klubdu. Burada futbol üçün hər bir şərait yaradılıb. "Bakı"-nın yaxşı məşqçisi, əla baza və çox gözəl azərkeşləri var. Bir sözlə, burada komandanın yaxşı və, ən əsası, gözəl futbol göstərməsi üçün hər lazım olan bir şey var.
Bu çox yaxşıdı. Lakin avrokuboklardaki uğursuz nəticə ilə bağlı psixoloji məsələylə necə olaq?
Belə br şeyi yaddan çıxartmaqa çox çətindi. Nəinki bir neçə gündən, hətta bir neçə aydan belə sonra. Lakin biz bunun haqqında düşünməməyə çalışırıq. Biz bütün fikirlərimizi çempionata yönəldməliyik.
Texniki məğlubiyyətdən sonra artıq kifayət qədər vaxt keçib.
Buna görə biz üzr istəyirik. Biz kiçik bir səhv buraxduq. Lakin hər səhvdən nəticə çıxartmaq olar. Hesab edirəm ki, bu bizim üçün dərs olacaq. Yaxşı komandamız var və ümid edirəm ki, biz bu mövsümdə yaxşı çıxış edərək növbəti mövsümdə artıq Çempionlar Liqasının təsnifatında öz bu ilki səhvimizi düzəldəcəyik.
Şefer komandaya texniki məğlubiyyətin verilməsi haqqında eşidəndə nə dedi?
O çox qəzəbləndi. İlk oyunda qələbə əldə etdik və artıq cavab oyununda bunu necə istifadə edəcəyimiz barəsində düşünürdük. Birdən-birə isə bu xəbər. Onsuzda biz yaxşı oyun göstərdik. Səhvlərdə oldu, ancaq çox az. Biz sadəcə "Buduçnost"-dan güclü idik.
Kim bu səhvə görə cavab verməlidi?
Ayrıca kim isə yox, bütün klub günahkardı. Açığı deyim, bu haqda heç düşünmürdük. Komandamız hər iki oyunda qalib gəldi. Lakin bunu artıq unutmaq lazımdı. Bizim əla komandamız var. Biz gələcəyə baxmalıyıq və bu cür səhvləri daha buraxmamalıyıq.
