2 avqust 2010 14:05
Fiqo Portuqaliya futbol federasiyasının prezidenti ola bilər
Yaxın keçmişin Portuqaliya millisinin məşhur futbolçusu Luiş Fiqo ölkənin Futbol federasiyasının başçısı ola bilər. Azerisport.az Record nəşrinə istinadən xəbər verir ki, "Barcelona", "Real" və "Inter" kimi klubların şərəfini qorumuş 37-yaşlı Fiqonu bu məsələ ilə bağlı çoxlu dəstək alır. O bu vəzifəyə namizəd olmaq üçün artıq lazım olan sayda imzaları toplayıb.
Qeyd edək ki, həmin qurumun indiki prezidenti Jilbertu Madaildi.
