2 avqust 2010 14:20
Qarabağ reytinqdə 102 pillə irəllədi
Beynəlxalq futbol tarixi və statistika federasiyası (IFFHS) klubların iyul ayına olan reytinqini açıqladı. Azerisport.az xəbər verir ki, Azərbaycanın "Qarabağ" klubu bu reytinqdə 102 pillə irəlliyərək 189-cu yerdə qərarlaşıb (88,5 xal). Türkiyə çempionu "Bursaspor", Almaniyanın "Bayer", İtaliyanın "Napoli", İngiltərənin "Birmingham", Braziliyanın "Palmeyras", Norveçin "Rusenborg" və digər məşhur komandaları ağdamlılar geridə qoyub. Həmçinin, "Qarabağ" reytinqdə İtaliyanın "Udineze" klubuna yaxınlaşıb (90 xal).
Qeyd edək ki, ağdamlıların Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi Polşanın "Wisla" komandası 72 xalla 290-cı yeri tutur.
