2 avqust 2010 00:15
Neftçi`nin iki futbolçusu komandadan kənarda qaldı
Azərbaycanın "Neftçi" klubunun gənc futbolçuları Mirhüseyn Seyidov və Araz Abdullayev komandanın toplanışına qatılmayacaq. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb hər iki futbolçunun ali məktəbə qəbul olmaq istəyidir. Mirhüseyn Seyidov və Araz Abdullayev qəbul imtahanlarında iştirak etmək üçün Rusiyanın Mahaçqala şəhərinə yollanıblar. Qeyd edək ki, Seyidov "Neftçi"nin məşqlərindən kənarda qalacaq. Abdullayev isə bu səbəbdən yığmanın sabahdan etibarən başlanacaq təlim-məşq toplanışına qatıla bilməyəcək. Hər iki futbolçu Bakıya avqustun 3-də dönəcək.
