2 avqust 2010 00:33
Zidan hərbi xidmətə çağırıla bilər
Almaniyanın "Borussia Dortmund" komandası misirli hücumçu Mohammed Zidanı itirə bilər. Azerisport.az sports.ru saytına istinadən xəbər verir ki, 28-yaşlıoyunçu ötən mövsümü zədə səbəbindən vaxtından tez bitirməli oldu. Müalicə zamanı o Misirə qayıdıb və indiyənə kimi oradadı, çünki yerli hakimiyyət orqanları onun pasportunu alıblar və Zidanı hərbi xidmətə çağırılması məsələsinə baxırlar. Qeyd edək k, Misirdə hərbi xidmətə 30 yaşına çatmamış hər kişi çağırılır.
Futbolçu özü isə Bild am Sonntag nəşrinə verdiyi müsahibəsində bildirdi ki, o Misir hakimiyyətinin hər bir qərarını qəbul edəcək, çünki əks halda onu həbs gözləyir.
