3 avqust 2010 01:45

Ramin MUSAYEV: Premyer-liqaya olan maraq artacaq

Azərbaycanın futbol üzrə çempionatının başlanılması ərəfəsində PFL-in prezidenti Ramin Musayev azerisport.az saytına müsahibə verdi.

 
Çempionatının başlanmasına cəmi bir neçə gün qalıb...
Biz artıq Premyer-liqanın başlanmasına hazırıq. Avqustun 7-i ilk oyunlar keçiriləcək. Öncə bildirdiyimiz kimi, yeni mövsümdə "qızıl xallar" olmayacaq. Yəni "altılığa" düşmək üçün klublar üçün bütün oyunlar vacib olacaq. Hesab edirəm ki, bu turnirin marağını artıracaq.
 
Klublarımızın avrokuboklardaki çıxışları və çempionatın saəviyyəsi arasında qarşılıqlı əlaqə varmı?
Hesab edirəm ki, bizim klublarımız Avropada uğurlu çıxış etdilər. Əlbətdə, bəzilərin bəxti gətirmədi. Misal üçün, "Xəzər-Lənkəran" Moldovanın "Olimpiya" komandasını keçməli idi, lakin bəxt rəqibin tərəfində idi. Amma indi baxın görün komandada hansı dəyişiklər  baş verdi. Rəhbərlik təcrübəli məşqçini dəvət etdi, bir neçə əla oyunçular alındı. Yeni mövsümdə "Xəzər-Lənkəran" çox güclü komanda olacaq.
 
Siz XL-i qeyd etdiniz, lakin kağız süründürməçiliyinə görə avrokuboklardan kənarda qalan "Bakı" haqqında unutduz...
Heç təssəvvür də edə bilməsdim ki, biz belə bir şeyin şahidi olacayıq. Komanda iki oyunda qələbə qazandı, lakin növbəti mərhələyə keçə bilmədi. Bəzi insanların səhvi hamımızı şoka saldı. Azərkeşlər təəcüblənirdi – bu necəbaş verdi. Axə "Bakı"-ya böyük ümüdlər bəsləyirdik.
 
Azərbaycanın çempionu "İnter" haqqında nə deyə bilərsiz?
Püşkatmadan sonra, yəgin ki, məndən başqa heç kəs "İnter"-in qələbəsinə inanmırdı. Komanda qonaq meydançasında layiqincə mübarizə apardı və qələbəni əldə etdi. Amma penalti zərbərəli "loteteyadı", və bizim burada bəxtimiz gətirmədi. "İnter"-in əla heyəti var və buna görə də onların qələbəsinə inanırdım. Tsxadaze bir oyunçu kimi Avropada öz sözünü deyib. Cavab oyununa komandanı çox yaxşı hazırladı.
 
Yəgin ki, sizin simpatiyalarınız Azərbaycanın digər komandalarına nümunə göstərən "Qarabağ"-la bağlıdı.
"Qarabağ" artıq bütün Avropada məşhurdu. Qurban Qurbanovun komandası bizi sevindirməyi davam etdirir. İnanıram ki, onlar evdə "Wisla"-ya qarşı yaxşı oyun göstərəcəklər və pley-off mərhələsinə keçəcəklər. Hesab edirəm ki, bizim mütəxəssislərimizin xaricdə çalışamasının vaxtı çatıb. Əvvələr futbolçunu xaricə necə göndərməyini düşünürdük, indi isə növbə məşqçilərə gəlib çıxdı. Gələcəydə Qurbanov xarici bir komandanın baş məşqçisi kimi görmək istərdim.
 
Bəzi mütəxəssislər hesab edir ki, klublarımızın səviyyəsi "altılıq" sistemi yaranandan sonra artdı...
Onlar haqlıdırlar. Klublarımızın oyunlarına baxın. Düzdü, üç komandamız növbəti mərhələyə keçmədi, lakin onların oyununda böyük bir irəlləyiş var. Ötən mövsümün son oyunları yadınızdadı? Liderlər bir-biriylə qarşılaşrdılar. Məhz bu rəqabət klublara avrokuboklara hazır olmağına kömək etdi. Bizim çempionatımız daha da maraqlı oldu. Və mən deyərdim ki, daha da çətin. Heç bir komanda deyə bilməz ki, o mübarizəsiz çempion olacaq.
 
Bəs nə etmək lazımdı ki, ikinci "altılığın" oyunları da maraqlı olsun?
İnanın ki, ikinci "altılığın" oyunları cox maraqlıdı. Mən bütün oyunlara baxmışam və bu görüşlərin videoyazılarıda məndə var. Sadəcə olaraq problem ondadıki, bu oyunlar yayımalnmırdı və buna görə də çoxları bu görüşləri izləyəy bilmədi. Hər şeyi dövlət kanalından gözləmək olmaz. Digər telekanallarda bizə kömək etməlidi.
 
Yeri gəlmişkən, bu mösümnən etibarən klublar özləri yayım məsələsini həll edəcəklər.
Onlar özləri bunu istəyirdilər və biz bu imkanı onlar üçün yaratdıq. Əminəm ki, klublar bu məsələni həll edə bilməyəcəklər. Premyer-liqanın başlanmasına cəmi bir neçə gün qalıb. Mənim bildiyimə görə, cəmi üç klub telekanallarla müqavilə imzalıyıb. Buna görə də, problemlər ola bilər. Özünüz görəcəysiniz ki, ilk dövrdən sonra klublar özləri PFL-dən yardım istəyəcəklər.
 
Premyer-liqada 12 klub çıxış edir, lakin onların hamısı peşəkar səviyyədə deyil...
Təəssüflər olsun ki, mən sizinlə razıyam. Komanda yaradırlar və adının qabağında "FK" əlavə edrdlər. Əsl peşəkar klub olmaq üçün çox şeyləri öyrənmək lazımdı. PFL-in günahı deyil ki, bəzi komandalar yüksək səviyyədə çalışa bilmirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.