3 avqust 2010 14:59
Vaqif CAVADOV: Məni Çempionlar Liqasında görə biləcəksiz
Azərbaycan millisinin və "Twente" klubunun futbolçusu Vaqif Cavadov Hollandiya Kubokunun finalında "Ajaks"-ı məğlub etdiyindən sonra (1:0) azerisport.az saytına müsahibə verdi.
"Ajaks"-ı Superkubokda məğlub etdiyinizdən sonra yeni titulun əldə edilməsinin necə qeyd etdiz?
Deməzdim ki, çox təntənəli. Soyunub-geyinmə otağında şampan açdıq, bir az əyləndik və evlərimizə getdik.
Hamı sizin meydançada çıxışınızı gözxləyirdi. Nəyə görə sizə şans vermədilər?
Bu suala cavab tapmaqda çətinlik çəkirəm. Bu suala ən yaxşı cavabı baş məşqçi verə bilər. Amma mən oynamağa hazır idim.
Demirsiz ki, mövsüm ərzində bu problemlə qarşılacaqsız?
Məncə, belə olmayacaq. Sadəcə bir az vaxt lazımdı və hər şey öz qaydasında olacaq. Ümid edirəm ki, komandanın əsas oyunçusu olacam.
Azərbaycanda hamı sizi Çempiopnlar Liqasının oyunlarında görmək istəyir...
Mən elə bunun üçün buraya gəlmişəm ki, daim oynayım. Turnir haqqında isə deyə bilərəm ki, siz məni qrup mərhələdəki oyunlar seyr edə biləcəksiniz.
Avropanın ən prestij turnirinə tam hazır olmaq lazımdı.
Belə də olacaq. Biz gün ərzində iki məşq keçiririk. Hətta oyun olan günlərdə də. Ona görə də, hesab edirəm ki, optimal formama çatacam.
Yaddan çıxartmaq lazım deyil ki, cəmi bir aydan sonra Avro-2012-nin seçmə oyunları start verəcək.
Biz bu oyunlara ciddi hazırlaşmalıyıq. Və onda bizim nəticələrimiz də uğurlu olacaq. Mən hesab edirəm ki, bu "seçmədə" hər şey bizim üçün yaxşı alınacaq.
