3 avqust 2010 15:22
Dünya çempionu: AFA`nın prezidenti məni güllələyəcəyini bildirdi
Arqentinanın yığmasının heyətində DÇ-1986-da qalib olmuş Oskar Ruceri bəyan etdi ki, Arqentina Futbol Assosiasiyasının (AFA) prezidenti Xulio Qrondona onu güllələyəcəyini bildirdi. Azerisport.az İspaniyanın El Mundo nəşrinə istinadən xəbər verir ki, millinin keçmiş çalışdırıcısı Diyeqo Maradona DÇ-2010-dan sonra Rucerini öz məşqçilər korpusuna salmaq istəyirdi. Lakin Qrondona bunun əleyhinə idi və həmçinin Maradonanın digər köməkçilərini də istefa göndərilməsini tələb edirdi.
"Qrondona Maradonaya dedi ki, məni güllələmək niyyətindədi. Belə hadisələr Qrondona öz vəsifəsini tərk edəndən sonra bitəcək", - Ruceri bildirdi.
