3 avqust 2010 15:35
Juventus`un oyunçusu Rusiyaya keçə bilər
İtaliyanın "Juventus" və Rusiyanın ÇSKA arasında Miloş Krasiçlə bağlı danışığlarda maraqlı məqam yarandı. Azerisport.az Footbal Italia saytına istinadən xəbər verir ki, Krasiçin transfer məbləğini azaldmaq üçün turinlilər Rusiya klubuna 30-yaşlı hücumçu Viçenzo Yakvintanı təklif edirlər. Danışığlar hələ də davam edir.
