3 avqust 2010 16:12
Fərhad Vəliyev: Üstünlüyümüzdən mütləq istifadə etməliyik
Azərbaycanın "Qarabağ" klubunun qapıçısı Fərhad Vəliyev azerisport.az saytına komandasının Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Polşanın "Wisla" klubu ilə cavab oyununa hazırlığı haqqında danışdı.
"Cavab oyununda bizə iki- və hətta üçqat çətin olacaq. Çünki "Wilsa" bura qələbə dalınca gəlir və bunu gizlətmir. Mənə gəldikdə isə, əlbətdə rəqib çoxlu hücum etməyə çalışacaq və mənimdə işim sözsüzki çox olacaq. Mən hər şeyə hazıram. Əgər biz tam gücümüzü nümayiş etdirsək, polşalıları keçə biləcəyək", - Vəliyev bildirdi.
Onun sözlərinə görə, keçən həftədən fərqli olaraq bu dəfə komandasının şansları daha yüksəkdi: "Biz rəqibimiz üzərində üstünlüyə malikik. Və bundan mütləq istifadə etmək lazımdır. Bu mərhələdə dayanmamalıyıq. Biz artıq hamımız inanırıq ki, növbəti mərhələyə keçə biləcəyik".
Vəliyev həmçinin növbəti mərhələdə qarşılaşa biləcəyi rəqiblərədə toxundu."Əlbətdə, "Juventus" ya da ki "Liverpool" kimi komandalarla qarşılaşmaq çox prestijli olardı. Ancaq ən yaxşısı elə komanda düşsün ki, biz onu keçə bilək. Qrandlar isə artıq qrup mərhələsində yetərincə olacaq", - qapıçı bildirdi.
