3 avqust 2010 16:26
Emil Mpenza: Neftçi Azərbaycanın Real`ıdı
Azerisport.az xəbər verir ki, belgiyalı hücumçu Emil Mpenza Azərbaycanın "Neftçi" klubuna keçidi haqqında öz fikirlərini bildirdi. "Neftçi" çox böyük klubdu, Madridin "Real"-ı kimi. Bu gün məşqdə öz yeni komandamı gördüm və çox şadam ki, bu klubda oynayacam", - Mpenza bildirdi.
Qeyd edək ki, sabah Mpenza "Neftçi"-nin rəhbərliyi ilə görüş keçirəcək və sonra üçillik müqavilə imzalayacaq.
