3 avqust 2010 16:58
Şəmkir və Şuşa birinci divizionda çıxış edə bilərlər
PFL-in başçısı Ramin Musayev azerisport.az saytına bildirdi ki, o iki klubdan birinci divizionda iştirakı üçün ərizələrini görmək istəyir.
"Bu klublar "Şəmkir" və "Şuşa"-dı. Məncə, bu klubların Azərbaycan çempionatında iştirakın vacibliyindən danışmaq lazım deyil. "Şəmkir" bizi əvvəllər avrokuboklarda sevindirirdi, "Şuşa" isə doğma yerrlərimizin adını daşıyır. Buna görə də Azərbaycana lazım olan bu komandaların ərizələrini gözləyirəm", - Musayev bildirdi.
"Mən hətta komandalara məşq keçirmək üçün toplarda göndərmişəm. Bir neçə dəfə komandaların təmsil etdiyi şəhərlərin icra başçıları ilə görüşmüşəm, lakin orada klublara maliyyə cəhətdən kömək etmirlər. Buna görə də, onların iştirakı sual altınadadı. Həmçinin, mən mətbuatdan da kömək gözləyirəm. Jurnalistlər bu məsələyə çoxlu diqqət yetirməlidirlər. Əgər şəmkirli və şuşalı olan hər kəs heç olmasa 1 manatdan "atışsalar", bütün problemlər həll olunardı", - PFL-in prezidenti dedi.
