3 avqust 2010 17:17
Wisla`nı heyət problemləri təqib edir
Polşanın "Wisla" klubu Bakıda bəzi oyunçularının xidmətlərindən istifadə edə bilməyəcək. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Lukas Qarqulya, Kleber və Rios zədə səbəbindən Bakıda Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"-la oynaya bilməyəcəklər. Həmçinin, Qordon Bunoza diskvalifikasiya üzündən cavab görüşündə çıxış edə bilməyəcək. Qeyd edək ki, Krakov təmsilçiləri öz yeni transferi olan Çezar Vilki komandanın heyətinə daxil olub.
