3 avqust 2010 17:32
Mpenza: Neftçi`də səviyyəli futbolçular toplaşıb
Azərbaycanın "Neftçi" klubu ilə müqavilə imzalamaq məqsədilə Bakıya gələn Emil Mpenza bu gün komandanın klubun bazasında baş tutan məşqini izləyib. Azerisport.az "neftçilərin" rəsmi saytına istinadən xəbər verir ki, Belçika millisinin hücumçusu məşqdən sonra klubun rəsmi saytına fikirlərini bildirib. "Bakıya bu gün səhər saatlarında gəlmişəm. Yorğun olsam da, məşqi izləmək mənim üçün çox maraqlı idi. Məşqdən sonra bir daha əmin oldum ki, "Neftçi"-də səviyyəli futbolçular toplaşıb. Klub rəhbərliyi ilə görüşüb, müqavilə bağlayacam. Bundan sonra isə məşqlərə qatılaraq, "Neftçi"-nin hədəfləri uğrunda mübarizə aparacam, "ağ-qaralar"dan biri olacam", - Mpenza dedi.
