3 avqust 2010 11:26
Rəşad Sadıqov: Qarabağ`ı tərk etməyəcəm
Azərbaycanın ən yaxşı futbolçularından biri olan Rəşad Sadıqov Rusiya çempionatının artıq ötən turunda çıxış edə bilərdi. Azerisport.az xəbər verir ki, futbolçu "Alaniya" klubunun təklifini qəbul etmədi.
"Mən onlara açığı dedim ki, onların klubuna indi keçə bilmərəm. Avrokuboklarda mübarizə aparan "Qarabağ"-ı tərk edə bilmərəm. Mən Rusiya klubun nümayəndələrinə bildirdim ki, mənim keçidimi gözləməsinlər və başqa bir futbolçunu tapsınlar. "Alaniya"-ya transfer haqqında yalnız qış trasnfer pəncərəsində danışa bilərəm", - Sadıqov bildirdi.
