3 avqust 2010 11:40
Hedira "Kral klubuna" qatıldı
Madridin "Real" klubunun yeni yarımmüdafıəçisi Sami Hedira komandanın sərancamına gəldi. Azerisport.az "Kral klubunun" rəsmi saytına istinadən xəbər verir ki, hal hazırda komanda Los-Ancelesdədi.
Yaxın günlərdə futbolçu digər oyunçularla birgə məşqlərə başlayacaq. Həmçinin, komandanın düşərgəsinə yarımmüdafiəçilər Rafael van der Vart və Serxio Kanales, müdafiəçilər Raul Albiol və Alvaro Arbeloa da gəliblər
Xatırladaq ki, madridlilər Hediraya görə Almaniyanın "Stuttgart" klubuna təxminən 15 milyon avro ödəyib.
