3 avqust 2010 11:51
Emil Mpenza Neftçi`nin məşqində iştirak etdi
Bu gün səhər Bakıya gələn Azərbaycanın "Neftçi" klubunun yeni transferi Emil Mpenza flaqmanın məşqini seyr edib. Azerisport.az "neftçilərin" rəsmi saytına istinadən xəbər verir ki, Belçika yığmasının forvardı Emil Mpenza "Neftçi"-nin bazasındakı məşqinə sona qədər baxaraq oradan ayrılıb. Qeyd edək ki, Emil Mpenza son mövsümü İsveçrənin "Syon" klubunda keçirib. Hücumçu uzun sürən danışıqlardan sonra "Neftçi" ilə müqavilə bağlamaq üçün paytaxtımıza təşrif buyurub.
