3 avqust 2010 12:01
İspaniya klubu Milan`ın əsas müdafiəçisini almaq niyyətindədi
Madridin "Real" klubu İtaliyanın "Milan" komandasına müdafiəçi Tiaqo Silvaya ilə bağlı təklif irəli sürdü. Azerisport.az İspaniyanın Marca nəşrinə istinadən xəbər verir ki, 25-yaşlı müdafiəçiyə görə "Kral klubu" 20 milyon avro ödəməyə və üstə gəl Rafael van der Vartıda verməyə hazırdılar. Milanlılar isə Silvaya görə 30 milyon istəyirlər və bununla da demək istəyirlər ki, onlar futbolçu ilə ayrılmaq fikrində deyillər.
Həmçinin, "Real" digər Milan komandası "Inter"-lə müdafiəçi Maykonun transferi ilə bağlı müzakirələr aparır, lakin tərəflər hələ də razılığa gəlməyiblər.
