3 avqust 2010 00:05
XL-də daha bir rumıniyalı (FOTO)
Azərbaycanın "Xəzər-Lənkəran" klubu bu gün daha bir futbolçu ilə, mərkəz yarımmüdafiə mövqeyində oynayan Konstantin Dorian Arbanasla ikiillik müqavilə imzalayıb. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27-yaşlı rumıniyalı futbolçu öz karyerasını Rumıniyanın "Qloriya Bistritsa" klubunda başlayıb (2001-2006). Son 4 ili isə o, Moldovanın "Şerif" (Tiraspol) komandasında oynayıb.
Qeyd etmək lazımdır ki, "Şerif” komandasında Konstantin Dorian Arbanas bir çox titul qazanıb. O, 2007, 2008, 2009, 2010-cu illərdə Moldova çempionu, 2007-də Moldova superkubokunun qalibi, 2008, 2009, 2010-cu illərdə Moldova kubokunun qalibi, 2009-da Birlik kubokunun qalibi olub. Həmin 2009-cu ildə o, Avropa liqasının qrup mərhələsinin iştirakçısı olub.
Ümumiyyətlə Konstantin Dorian Arbanas Avrokuboklarda 30-dan çox oyunlarda çıxış edib.
