3 avqust 2010 12:17
Neftçi`nin futbolçuları Simurq`da
Azərbaycanın "Neftçi" klubunun üç gənc futbolçusu bundan sonra "Simurq" komandasının şərəfini qoruyacaq. Azerisport.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, əsas komandanın üzvü Rəşad Hüseynov, eləcə də əvəzedici heyətin oyunçuları Elvin Musazadə və Elvin Yunusov Zaqatala təmsilçisinə icarəyə veriliblər. Hər üç futbolçu birillik icarə müqaviləsi əsasında "Simurq"-da çıxış edəcək.
