3 avqust 2010 00:21
Julio Sezar Bakıya gəlişini təxirə saldı
Gözlənilirdi ki, Madridin "Real" və İtaliyanın "Milan" komandalarında çıxış etmiş braziliyalı Julio Sezar Bakıya gəlmədi. Azerisport.az xəbər verir ki, braziliyalı oyunçunu bu gün "Bakı" klubunun ofisində gözləyirdilər, lakin Julio Sezar vətənində qaldı. Klubun baş menecer Zeynal Məmmədovun sözlərinə görə, bəzi problemlər yarandı və buna görə də oyunçunu gəlişi təxirə salındı. Buna baxmayaraq, komandanın heyətində heç kəs Julio Sezarın Bakıya gəlməsini şübhəyə salmır.
