3 avqust 2010 00:32
Puyol İspaniyanı tərk etməyəcək
İspaniyanın "Barcelona" klubunun kapitanı Karles Puyol bir neçə müddət əvvəl bildirmişdir ki, DÇ-2010-dan sonra yığmanın heyətində öz çıxışını bitirəcək. Azerisport.az AP agentliyinə istinadən xəbər verir ki, futbolçu millidə qalmaq qərarını verdi. Puyol bildirib ki, bu qərarı o Visente del Bosqe və Fernando Yerro ilə söhbətdən sonra verib. Müdafiəçi İspaniya yığmasının heyətində 90 oyun keçirib və 3 qol vurub.
