4 avqust 2010 13:01
Joze Mourinyo: Ən azı iki titul qazana biləcəyik
Madridin "Real" klubunun baş məşqçisi Joze Mourinyo komandanın qarşıda gələn mövsümdəki məqsədlərindən danışdı. Azerisport.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin sözlərinə görə, o ən azı iki titul əldə olunmasını istəyir.
"Bu il "Real"-la ən azı iki titul qazanmağı məqsəd qoymuşam. "Portu" ilə mən iki mövsümə altı yarışmada qalib oldum. "Chelsea"-lə altı, "Inter"-lə beş titul qazanmışam. Mən hələ də gənc məşqçiyəm, lakin üç Avropa liqasında qazanılan bu 17 titul məni artıq veteran edib", - Mourinyo bildirdi.
Mənbə: AS
