4 avqust 2010 14:01
Rail Məlikov: Mpenza bizə kömək edəcək
Azerisport.az xəbər verir ki, Azərbaycanın "Neftçi" futbol klubunun müdafiəçisi Rail Məlikov belqiyalı hücumçu Emil Mpenzanın komandaya keçidi barısində öz fikirləri ilə bölüşdü.
"Məncə, Mpenza bizə kömək edəcək. O öz prestijini komandaya sübut etməlidir. "Neftçi" elə komanda deyil ki, oyunçunu təkcə adına görə alsın", - Məlikov bildirdi.
