4 avqust 2010 15:40
Ruslan Əmircanov: Biz maksimum güc sərf etməyə çalışırıq
Azerisport.az xəbər verir ki, Azərbaycan millisini müdafiəçisi Ruslan Əmircanov yığmanın təlim-məşq toplanışı haqqında öz fikirlərini bildirdi. "Gün ərzində iki dəfə məşq edirik. Əsas üstünlük fiziki çalışmalara verilib. Küveytlə yığması ilə oyunqabağı təlim-məşq toplanışının keçirilməsi vacib idi. Bu cür hazırlı prosesi faydalı olur. İnşallah, oyunda istədiyimiz nəticəni əldə edəcəyik. Havanın isti olması ilə əlaqədar, yığmanın məşqçiləri futbolçuları çox yükləmirlər. Ancaq biz maksimum güc sərf etməyə çalışırıq. Çünki məşq prosesində bunu etməsək, oyun zamanı çətin olacaq. İsti havaya rəğmən, uşaqlar meydanda əllərindən gələni maksimum şəkildə yerinə yetirirlər", - Əmircanov dedi.
Mənbə: AFFA-nın rəsmi saytı
