4 avqust 2010 15:46

Rail Məlikov: Yığma yaxşı oyun göstərəcək

Azerisport.az xəbər verir ki, Azərbaycan millisini müdafiəçisi Rail Məlikov yığmanın təlim-məşq toplanışı haqqında danışdı. "Küveyt yığması ilə oyunöncəsi bu cür toplanışın keçirilməsi bizə lazım idi. Çünki son iki ay müddətini hər kəs öz klubunda keçirib. İndi yığmanın düşərgəsindəyik. Uşaqlar bir-birinə öyrəşir. Oyun doğma meydanda keçirilir. Ciddi hazırlaşırq. Yeganə məqsədimiz qələbə qazanmaq və azarkeşlərimizi sevindirməkdir. Rəsmi oyunlara gəldikdə, ən əsası odur ki, yığma yaxşı oyun göstərəcək. 7 ballıq şkala ilə ölçsək, komandamız 5-ə layiq görüləcək. Bunu tam səmimi deyirəm. Uşaqlara inanırıq", - Məlikov dedi.
 
Həmçinin futbolçu Avro-2012-nin seçmə mərhələsndə millimizin qrupdakı rəqibləri haqqında da öz fikirlərini bildirdi: "Əksəriyyəti tanış komandalardır. Almaniya ilə son qrup mərhələsində qarşılaşmışıq. Digər yığmalarla da müxtəlif illərdə üz-üzə gəlmişik. Rəqiblərimizi tanımağımızın bizə faydası olacaq. Almaniya ilə oyuna gəldikdə, əvvəlcədən fikir bildirmək mümkün deyil. Bu oyundur, hər şey yaşıl meydanda həll olunur", - millinin müdafiəçisi bildirdi.
 
Mənbə: AFFA-nın rəsmi saytı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.