4 avqust 2010 16:45
Pep Qvardiola: O İspaniya tarixində ən yaxşı futbolçudu
İspaniyanın "Barcelona" klubunun baş məşqçisi Xosep Qvardiola Madridin "Real" komandasının hücumçusu olmuş Raulun "Schalke-04"-də transferi ilə bağlı öz fikirlərini bildirdi.
"İspaniya çempionatını ölkə tarixində ən yaxşı futbolçusu tərk etdi. Onun göstəriciləri hər şeyi sübut edir. Raula yeni klubda uğurlar arzuluyuram", - Qvardiola bildirdi.
Mənbə: AS
