4 avqust 2010 19:51

Mpenza rəsmi olaraq Neftçi`yə keçdi (FOTO)

Azərbaycanın "Neftçi" klubu mövsümlərarası fasilədə daha bir möhtəşəm transferi gerçəkləşdirib. Azerisport.az xəbər verir ki, flaqman Belçika milli komandasının hücumçusu Emil Mpenzanı heyətə qatıb. Bu gün klubun bazasında "Neftçi"-nin prezidenti Sadıq Sadıqovun iştirakı ilə rəsmi imzalanma mərasimi baş tutub.

Tədbirdə çıxış edən Sadıq Sadıqov təcrübəli hücumçuya uğurlar arzulayıb. "Azərbaycanda idmanın bütün növlərinə, o cümlədən futbola dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Ölkəmizdə futbolun inkişafına töhfə vermək üçün "Neftçi" klubu olaraq, bütün səylərimizi səfərbər etmişik. Emil Mpenzanın transferində əsas məqsəd "Neftçi"-ni gücləndirmək və çempionluğa gedən yolda uğurla addımlamaqdır. İnanıram ki, Mpenza təcrübəsi, istedadı sayəsində komandamıza böyük kömək edəcək. Ötən mövsüm daha çox hücum xəttində problemimiz var idi. Mpenzanın çoxlu qollar vurmaqla, ümidlərimizi doğruldacağına inanırıq", - Sadıqov bildirdi.
 
Emil Mpenza isə "Neftçi"-nin uğurları üçün çalışacağını bildirib: "Eşitmişəm ki, "Neftçi" Azərbaycanın ən köklü klubudur. Hətta bu komandaya Azərbaycanın "Real Madrid"-i deyirlər. Bu, mənim məsuliyyətimi daha da artırır. Belə klubda oynamaq mənim üçün böyük şərəfdir. Qarşıdakı mövsümdə var qüvvəmlə çalışıb, "Neftçi"-nin möhtəşəm uğurlar qazanmasına yardım edəcəyəm".
 
Daha sonra Sadıq Sadıqov Mpenzaya 10 nömrəli futbolkanı təqdim edib.
 
Qeyd edək ki, "Manchester City", "Hamburger", "Schalke-04" klublarında oynamış Mpenza son komandası İsveçrə "Sion"-u olub. O, "Sion"-un heyətində son mövsümdə 32 oyuna 21 qol vurub.
 
Mənbə: "Neftçi"-nin rəsmi saytı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.