4 avqust 2010 20:31
Qurban QURBANOV: Mütləq hücum edəcəyik
Azersport.az xəbər verir ki, Azərbaycanın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Polşanın "Wisla" komandası ilə sabah keçiriləcək görüşdən əvvəl mətbuat konfransı keçirtdi.
"Dünəndən etibarən oyuna böyük maraq olduğunu hiss edirik. Hamı oyunun vacibliyini dərk edir. Baxmayaraq ki, biz qonaq meydançasında qələbə qazanmışıq. Biz "Wisla"-nı gördük və onun bütün cəhətlərdən bilirik. Əlbətdə, bizim üzərimizə böyük məhsuliyyət düşür. Çalışacayıq ki, sona kimi mübarizə aparaq və qalib gələk", - Qurbanov dedi.
Birinci oyunun nəticəsini nəzərə alsaq bu görüşdə siz müdafiəyə üstünlük verəcəksiz?
İlk növbədə, rəqibə meydançanda rahat oynamağa imkan verməməliyik. Çalışacayıq ki, müdafiədə səhvsiz oynayaq və qol buraxmayaq. Mütləq hücum edəcəyik. Təkcə öz qapımızı düşünməyəcəyik. Güman edirəm ki, rəqib ilk dəqiqələrdən bizə təzyiq göstərəcək.
Bizim komandamız çoxlu təhlükəli vəziyyətlər yaradır, lakin vura bilmir. Bəlkə növbəti mərhələ üçün yaxşı hücumçu lazımdı?
Biz növbəti mərhələ haqqında hələ ki düşünmürük. Məqsədimiz indiki raundu keçməkdir. Oyunçularımdan maksimum əldə etmək lazımdı. Əgər bu təhlükəli vəziyyətləri yaradırıqsa, bu artıq sevindirici bi haldı. Yeni oyunçu almaq barəsində isə düşünmürük.
Nəyə görə Rauf bu avromövsümdə qol vura bilmir?
Bizim o qədər də çox oyunumuz olmayıb. Əgər Rauf vurmursa, biz onun digər keyfiyyətlərindən istifadə edirik. Tələsmək və ona təzyiq etmək lazım deyil. O qol vuracaq və əla hücumçu olacaq. Əsas odur ki, o bizim kollektivimizə uyğundu.
Rubins sabah oynaya biləcək?
Bəli. O oyuna hazırdı.
Penalti zərbələrini məşq etmisiz?
Xeyr. Çünki bəzi futbolçulara bu psixoloji cəhətdən neqativ təsir edə bilər.
Sizcə, növbəti mərhələyə keçmək üçün "Qarabağ"-ın "Wisla"-danşansları çoxdu?
Yox. Şanslar bərabərdi.
Komanda psixoloji cəhətdən hazırdı?
Hazırdı.
