4 avqust 2010 21:20
Henrik KASPERÇAK: Növbəti mərhələdə oynamaq istəyirik
Azersport.az xəbər verir ki, Polşanın "Wisla" klubunun baş məşqçisi Henrik KasperçakAvropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Azərbaycanın "Qarabağ" komandası ilə sabah keçiriləcək cavab oyunundan əvvəl mətbuat konfransı keçirtdi.
Bilirsiniz ki, Qurban Qurbanovun yetirmələri avrokuboklarda öz meydançasında hələ ki bir dəfə də olsun uduzmayıblar?
Yaddan çıxatrmaq lazım deyil ki, bu futboldu. Burada hər şey mümkündü. Qurbanovun uğurlu karyerası haqqında heçnə bilmirəm. Həyatda hər şey olur, həmçinin doğma divarlardaki ilk məğlubiyyət də.
Birinci oyunda 65-ci dəqiqədən sonra sizin komandanız özünü itirdi və nə etdiyini bilmirdi. Bu hadisə sabah təkrarlana bilərmi?
"Qarabağ" vurulan topdan sonra da qapımız qarşısında çoxlu təhlükəli vəziyyətlər yarada bildi. Sizin futbolçularınız daha da çox vura bilərdi. Lakin öz istəyinə nail olmadı. Hesab edirəm ki, sabahki oyundada sizə yenə də çətin olacaq.
"Wisla" qonaq meydançasında daha yaxşı oyun sərgiləyir.
Hücum cəhətdən bizim problemlərimiz var idi. Sabah çalışacayıq ki, qol vuraq. Əgər bu alınsa deməli öz işimizi həll etmiş olacayıq. Etiraf etmək lazımdı ki, Krakovda "Qarabağ" çox yaxşı müdafiə olunurdu. Bu bizim üçün problem yaraddı
Əgər ilk hissədə qol vura bilsəniz, sizcə oyun necə davam edəcək?
Biz çox xoşbəxt olacayıq.
Bakının havası haqqında nə deyə bilərsiniz?
Oyun axşam doqquzda baş tutacaq. Düşünmürəm ki, hava bizə maneçilik törədsin.
Oyundan əvvəl sizi ən çox nə narahat edir?
İlk oyunun hesabı. Çünki biz növbəti mərhələdə oynamaq istəyirik. Buraya öz işlərimiz həll etməyə gəlmişik.
"İnter" və "Qarabağ"-ın qonaq meydançalarda qalibiyyətləri nəyi göstərir – Azərbaycan futbolunun irəliləməsini yoxsa Polşa futbolunun geriləməsini?
Mən Azərbaycan futbolunda böyük irəlləyiş görürəm. Siz böyük addımlar atırsız.
