4 avqust 2010 12:11
Mpenza ilk məşqinə çıxdı (FOTO)
Azərbaycanın "Neftçi" klubunun yeni mövsümündə "Qarabağ"-la keçiriləcək 1-ci turun oyununa hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, komanda bu gün səhər saatlarında klubun bazasındakı meydançada məşq keçib.
Futbolçular əvvəlcə baş məşqçi Arif Əsədovun rəhbərliyi altında topla müxtəlif təmrinləri yerinə yetiriblər. Ardından isə onlar fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorrenin göstərişlərinə uyğun hazırlıq keçiblər.
Yeri gəlmişkən, "Neftçi" ilə müqavilə bağlamaq üçün dünən Bakıya gələn Emil Mpenza "Neftçi"-də ilk məşqinə çıxıb. Belçika yığma komandasının üzvü məşqdə fəallığı ilə seçilib.
Mənbə: klubun rəsmi saytı
