4 avqust 2010 12:13

Berti FOQTS: Çempionatın təqvimi mənə mane oldu

Azerisport.az xəbər verir ki, Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Berti Foqts yığmanın bu gün Suraxanıda keçirilən açıq məşqində bir neçə suallara cavab verdi.

"Futbolçular çox çalışırlar və bunu böyük istəylə edirlər. Mn hazırlığı bundan da tez başlamaq istəyirdim, lakin bəzi səbəblərə görə bu alınmadı", - Foqts bildirdi.
 
Deyə bilərsiniz hansı səbəblərə görə?
Mən hazırlığı hələ bir həftə əvvəl başlamaq istəyirdim, lakin çempionatın təqvimi mənə oyunçuları bir yerə toplamağa imkan vermədi. Nəzər alsaq ki, son toplanış may ayında baş tutmuşdu, istəyirdim ki, seçmə oyunlarına yaşı hazırlaşmaq üçün bir az çox məşq keçirək.
 
İrəlidə bizi Küveytlə yoldaşlıq oyunu var. Siz bu görüşdən nə gözləyirsiz?
Şübhəsiz ki, görüş bizim üçün vacib və lazımlıdı. Biz evdə oynayırıq buna görə də komandadan fiziki və taktiki baxımından daha da yaxşı oyun gözləyirəm. Əlbətdə, qələbəyə oynayacayıq.
 
Artıq bu həftənin sonunda Premyer-liqanın oyunları start verir. Görüşləri izləyəcəksiniz?
Guman edirəm ki, izləyəcəm.
 
Ola bilsin ki, siz ilk turlardan sonra yığmanın heyətinə yeni futbolçuları çağırasız?
Kimi nəzərdə tutursuz?
 
Misal üçün, "İnter"-in əvəzedicilərin heyətində "Simurqa" keçmiş Əli Bağırov.
Bizə öz klublarında ən yaxşıları sayılan əsas heyətin oyunçuları lazımdı. Amma hər halda bu oyunçuya baxacam.
 
Toplanışda "Qarabağ"-ın futbolçuların olmamasına necə yanaşırsız?
Mən məşqlərdə "Xəzər-Lənkəran" və "Bakı"-nın təmsilçilərini görmək istəmirdim. Təəssüflər olsun ki, bu klublar avrokuboklarda öz çıxışlarını dayandırmalı oldular. Əks halda mən onları buraya çağırmazdım.
 
"İnter" və "Qarabağ"-ın Avropadaki çıxışları haqqında nə deyə bilərsiniz?
"İnter" yaxşı oyun sərgilədi və qələbə qazana da bildi, lakin, təəssüflər olsun ki, penalti zərbələrində bəxti gətirmədi. "Qarabağ"-ı isə çətin oyun gözləyir. Krakovda keçən oyundan da çətin.
 
İndiki təlim-məşq toplanışında olan futbolçular yorğun görsənirlər?
Yox. Onlar işnən məşğuldular, necə yorula bilərlər? Gün ərzində 2-3 məşq onların peşəsidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.