4 avqust 2010 00:22
Robbendən növbəti zədə
Almaniyanın "Bayern Münich" klubunun hollandiyalı futbolçusu Aryen Robben növbəti dəfə zədələndi. Azerisport.az xəbər verir ki, oyunçunun DÇ-2010-nun ərəfəsində alan zədə hələ də özünü biruzə verir.
"Bu ciddi zədədi. Hollandiya yığmasının korpusu tərəfindən futbolçunun tam müayinə olunmaması çox məhsuliyyətsizdi idi. Mən bir neçə dəfə xahiş etmişəm ki, onu tam yoxlasınlar, lakin mənə qulaq asan olmadı", - "Bayern Münich" klubunun həkimi Hans-Vilhelm Müller-Volfart bildirdi.
Bu zədə üzündən, futbolçu iki ay komandadan kənarda qalacaq.
Mənbə: Bild nəşri
