4 avqust 2010 12:40
Ruslan Abışov: Bizi vacib oyun gözləyir
Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışov bu gün yığmanın Suraxanıda keçirilən açıq məşqində qarşıda gələn Küveytlə yoldaşlıq oyunu haqqında öz fikirləri ilə bölüşdü.
"Bizi çox vacib oyun gözləyir. Biz yaxşı hazırlıq keçiririk. Bu görüşdə qələbə qazanmaq istəyirik. İnanıram ki, doğma divarlar arasında biz qələbə əldə edəcəyik", - Abışov bildirdi.
