4 avqust 2010 00:59

Bir dövrün sonu

Dünya və Avropa futbolunda ən məşhur və uğurlu klubu sayılan Madridin "Real" komandasının böyük bir dövrü geridə qaldı. XXI-ci əsrin əvvələrində komandanın bütün "soyadlarına" biri də əlavə olundu – "Qalaktikos". Zidan, Fiqu, Ronaldo (braziliyalı), Raul, Roberto Karlos, Devid Bekhem, Quti, Miçel Salqado, Fernando Yerro, İvan Elqera... Bu adlardan hər biri ayrı-ayrısına "ulduz" yox, ayrı bir "qalaktikadı". Bu mövsümarası transfer pəncərəsində isə komandanı sonuncu "qalaktikaları" tərk etdi – Quti və artıq dünya futbolunun əfsanəsi olmuş Raul. Artıq bu oyunçulardan hər biri ya futbol karyerasını bitirib, ya da ki digər komandada çıxış edir.

 
2000-ci ildə "Real"-ın prezidenti Florentino Peres seçilir və bundan dərhal sonra komandanın heyətində hər il bir yeni meqaulduz oyunçu qatılırdı. Əvvəlcə portuqaliyalı Luiş Fiqunı əzəli rəqibi olan "Barcelona"-dan alır. Bu keçid böyük qalmaqala səbəb oldu. "Blauqranasın" azərkeşləri qəzəb içində idilər. Onların ən yaxşı futbolçusu əzəli rqəqibin heyətinə keçdi – bundan dəhşətli günah azərkeşlər üçün yoxdu. Bu transferdən sonra Fiqu barəsində nələr səslənmirdi... Bəzi fanatlar isə açığı bildirirdilər ki, Fiqu Barselona tərəfə heç baxmasın, yoxsa gözlərini çıxardacağlar. "Klassiko" oyunları isə Fiqu üçün "Real"-da çıxış etdiyi sonuncu mövsümünə qədər mənəvi baxımınından ən çətinləri olub.
 
Fiqunun gəlişindən bir il sonra komandaya Zidan gəlir. Bu möhtəşəm oyunçunun gəilşindən sonra komanda daha gözəl və daha da maraqlı oyun göstərməyə başlayır. ÇL-2002-nin final oyunundaki vurduğu qol hamının yadındadı. Əsl şah əsəri idi. Zidandan sonra kluba "Inter"-dən Ronaldo gəlir, 2003-cü ildə isə Bekhemin gəlişindən sonra "qalaktikos" tam olaraq formalaşır. Dünyada elə komanda yox idi ki, orada bu qədər ulduz toplumu oslun. Ən güclüləri burada yığışmışdı. Lakin, 2002-ci ildən sonra taleyin oyunları komandaya Çempionlar Liqasında qələbə qazanmağa imkan vermədi. Elə o vaxtdan indiyənədək klub ÇL-də qələbə qazana bilməyib.
 
Bir ifadə ilə desək, XX-ci əsrin ən yaxşı komandası seçilmiş "Real" məhz Raulun – son "qalaktikosun" – gedişindən sonra növbəti qızıl dövrünü bitirdi. Əfsanəvi futbolçu, "Real"-ın və ümumiyyətlə İspaniyanın simvolu olan Raulun gedişi çoxları üçün faciə oldu. Lakin, bu həyatdı. Biri gəli, o birisi gedir...
 
Qey etmək lazımdı ki, ilk "qızıl dövr" Alfredo di Stefano və Ferents Puşkaşın oynadığı 50-60-cı illərə təsadüf edir. Ümid edək ki, növbəti "qızıl dövrü" biz 40-50 il gözləməli olmayacayıq. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.