5 avqust 2010 13:46
Tofik Bəhramov stadionun kassasında özbaşınalıq
Bakının Tofik Bəhramov stadionun kassasında özbaşınalıq alıb gedir. Azerisport.az saytının Facebook sosial şəbəkəsində olan səhfəsində azərkeşlər stadionun önündə baş verən özbaşınalıqa şikayətlənirlər: “Kassa önündə təmamilə özbaşınalıqdı. Mühafizə və polis də bunun qarşısını almır. Kassadaki bütün yaxşı bilətlər oyundan 2-3 gündən əvvəl paylanıb “qara bazar”. Əslində “qara bazar” da deyil bu, “qara bazar” aldığı 4-5 bileti baha satır. Bu lap üzü qara bazardır, hər satıcının cibində dəstə-dəstə biletler var, açıq aşkar şəkildə satırlar: 2 manatdan 5 manatadək. Dünən gecə getmişdik almağa, kassada elə biletler qalmışdı ki, o yerlərdən ancaq oyunun səsini eşitmək, ən yaxşı halda futbolçuların ayaqlarını görmək olar: qapının arxası, özüdəki aşağı yerlər. Məcbur olub 3 manata aldıq normal bir yer. Əslində məsələ 2-3 manatda deyil, dəfələrlə 10 manat da verib oyunlara getdiyimiz vaxt olub. Məsələ özbaşınalıqdadı”, - azərkeşlərdən biri bildirdib.
