5 avqust 2010 14:34
Juventus Fransa millisinin hücumçusunu istəyir
İtaliyanın “Juventus” klubu Fransa millisi və Madridin “Real” komandasının hücumçusu Karim Benzema ilə maraqlanır. Azerisport.az xəbər verir ki, “Qoca sinyora” Almaniyanın “Wolfsburg” klubunun bosniyalı hücumçu Edin Cekonun transferini həyata keçirə bilməyiblər və buna görə də Benzemanı almaq istəyirlər. İstisna olunmur ki, “Juventus” həmçinin Benzemaya görə puldan başqa hücumçu Amaurini təklif edə bilərlər.
Mənbə: Corriere dello Sport
