5 avqust 2010 14:55
Neftçi TV-kanallara müraciət etdi
Azərbaycanın "Neftçi" klubu Premyer-liqanın və ölkə kubokunun 2010/11 mövsümündə ev oyunlarının teleyayımı ilə bağlı bəyanat verib. Azerisport.az xəbər verir ki, flaqmanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu klubun rəsmi saytına açıqlamasında bildirib ki, bununla əlaqədar açıq qapı elan olunub. "2010/11 mövsümündə evdə keçirəcəyimiz oyunlarla bağlı açıq qapı layihəsini elan etmişik. Bu isə o deməkdir ki, "Neftçi"nin matçlarını yayımlamaqda maraqlı olan telekanalları danışıqlara dəvət edirik. İstənilən telekanal bu məsələ ilə əlaqədar bizə müraciət edə bilər və "Neftçi" klubu olaraq, bizim oyunlarımızı göstərmək istəyən telekanallarla danışıqlara hazırıq", - Əşrəfoğlu bildirdi.
