5 avqust 2010 15:53
Messi Maradonaya dəstək verdi
Azerisport.az xəbər verir ki, Arqentina millisi və İspaniyanın “Barcelona” klubunun hücumçu Lionel Messi bildirib ki, o Diyeqo Maradonanın getməsini istəmir. “Əbətdə ki, mən istəmirəm ki, Maradona komandanı tərk etsin. Lakin futbolda həmişə belə hallar baş verir”, - Messi dedi.
Həmçinin, futbolçunun sözlərinə görə, o Sesk Fabreqasın “Barcelona”-ya keçməyinə lehinədi: “Fabreqasla bir komandanın heyətində oynamağımı səbirsizliklə gözləyirəm”, - arqentinalı futbolçu bildirdi.
Mənbə: Reuters
