5 avqust 2010 17:03
AFFA hüquq-mühafizə orqalarına müraciət edib
AFFA hüquq-mühafizə orqalarına müraciət edib. Azerisport.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün, saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Wisla” oyununun biletlərinin bir qrup şəxs tərəfindən həqiqi dəyərindən bir neçə dəfə baha satılmasının qarşısının alınması ilə bağlı AFFA tərəfindən hüquq-mühafizə orqanlarına müraciət ünvanlanıb.
