5 avqust 2010 17:21
Vaqif Sadıqov: Qarabağ müdafiədə diqqətli olmalıdı
Azəbaycan millisinin keçmiş baş məşqçisi Vaqif Sadıqov azerisport.az saytına Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam) – “Wisla” (Krakov) cavab oyunu ilə bağlı öz fikirlərini bildirdi.
“Qarabağ”-dan pley-off məhələsinə tarixi addım atacağını gözləyirəm. Düşünərəm ki, hər kəs anlayır ki, komandanı çətin oyun gözləyir. Əsas odur ki, oyunçular “yanmasınlar”. Futbol proqmatik oyundu və ilk oyunda əldə olunan üstünlük tam istifadə edilməlidi. Müdafiədə diqqətli olmaq lazımdı. Mən hesab edirəm ki, əsas bir oyunda yox, iki oyun nəticəsində qələbə qazanmaq daha vacibdi. “Qarabağ” artıq sübut edib ki, Avropa futbolunu oynaya bilir və bunu yenə də təkrar etsə, ölkəmizin tarixində klublarımızdan biri ilk dəfə olaraq pley-off mərhaləsinə keçə biləcək”, - Sadıqov bildirdi.
