5 avqust 2010 23:19
Maksim Medvedev: Biz növbəti mərhələyə keçməyə layiqik
Azərbaycanın "Qarabağ" klubunun müdafiəçisi Maksim Medvedev "Wisla" üzərində 3:2 hesabı ilə əldə olunan qələbədən sonra azerisport.az saytına öz fikirləri ilə bölüşdü. "Biz növbəti mərhələyə layiqincə keçdik. Hesab edirəm ki, polşalıları iki oyunda məğlub edərək əla nəticə göstərdik. İlk hissə oyunda çox vacib və bizim üçün əsas oldu. Məhz bu 45 dəqiqə bizə qələbə gətirdi", - Medvedev bildirdi.
