5 avqust 2010 23:37
Qurban Qurbanov: Növbəti mərhələyə hazırıq
Azerisport.az xəbər verir ki, Azərbaycanın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Polşanın "Wisla" komandası üzərində 3:2 hesabı ilə cavab oyununda əldə olunan qələbədən sonra öz fikirlərini bildirdi.
"İlk növbədə bizim azərkeşlərimizə öz minnətdarlığımızı bildirmək istəyirəm. Onlar futbola olan sevgilərini göstərdilər. Allaha şükür olsun ki, bu mərhələni keçə bildik. Yaxşı oynadıq, gözəl qollar vurduq. Rəqibin səhvlərindən istifadə etdik. İkinci hissədə isə polşalılar müdafiədə olan boşluqlardan faydalanaraq iki top keçirtdi. Növbəti mərhələdə hər bir komanda ilə oynamağa hazırıq", - Qurbanov bildirdi.
