5 avqust 2010 12:17
Rusiya və Hollandiya klublarının oyunçuları U-21-in toplanışında
Avqustun 9-dan 17-ə qədər 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyada təlim-məşq toplanışı keçirəcək. Azerisport.az xəbər verir ki, yığmanın heyətinə bu futbolçular dəvət olunub: Osman Umarov ("Qarabağ"), Andrey Popoviç ("Bakı"), Qara Qarayev ("Qarabağ"), Tural İsgəndərov ("Qarabağ"), Tərlan Quliyev ("Neftçi"), Şəhriyar Rəhimov ("İnter"), Fərrux Rəhimov ("Abşeron"), Rüstəm Abbasov ("Tolyatti", Rusiya), Yasin Yaqubzadə ("Neftçi"), Hacı Əhmədov ("Bakı"), Elgiz Kərəmli ("Qarabağ"), Abdulla Abatsiyev ("Stolitsa", Rusiya), Nizami Hacıyev ("İnter"), Orxan Həsənov ("Neftçi"), Ruslan Qurbanov ("Neftçi"), Rəşad Hüseynov ("Simurq"), Şəhriyar Xəlilov ("Turan"), İnam Quliyev ("Albasserdam", Hollandiya), Cavid İmamverdiyev ("Neftçi").
Mənbə: AFFA-nın rəsmi saytı
