5 avqust 2010 00:28
Emin İmaməliyev: 90 dəqiqə ərzində diqqətli olmalıyıq
Azərbaycanın "Qarabağ" klubunu veteran futbolçusu Emin İmaməliyev azerisport.az saytına bildirdi ki, Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Polşanın "Wisla" komandası ilə qarşıda gələn oyunda mütləq qol vurulmalıdı. "Biz Krakovda göstərdiyimiz oyunun doğma divarlarda davam etdirməliyik və bütün 90 dəqiqə ərzində diqqətli olmalıyıq. Rəqibimizə qol vurmaq lazımdı. Polşada bəxtimiz gətirdi, burada isə əksinə ola bilər. Tam gücümüzlə oynamalıyıq", - İmaməliyev bildirdi.
