6 avqust 2010 13:12
Cavadov Twente ilə yollarını ayırır!
Azerisport.az saytının əldə etdiyi məlumata görə, Azərbaycan millisinin hücumçusu Vaqif Cavadov "Twente"-dən gedir. Klubun rəhbərliyi 21-yaşlı futbolçunu öz komandasında gömək istəmir. Səbəb isə, oyunçunun heyətə düşə bilməməsi göstərilir.
Belə ki, Cavadovun adı komandanın Hollandiya çempionatına olan ərizəsinə daxil edilməyib. Qeyd edək ki, bu gün "Twente" ölkə çempionatının ilk turu çərçivəsində "Roda" ilə qarşılaşacaq.
Guman olunur ki, futbolçu sabah vətənə qayıdacaq. Hollandiya çempionu onu komandada saxlamaqdan imtina edir və üçillik müqaviləni pozmaq niyyətindədi. Ola bilsin ki, Cavadov yenidən "Qarabağ"-da çıxış edəcək.
